Qan təzyiqini aparat olmadan necə müəyyən etmək olar? - MÜNASİBƏT BİLDİRİLDİ

11 Mart 2024 15:08 (UTC+04:00)

"Hipertoniya xəstəliyi qan təzyiqinin yuxarı qalxması deməkdir". Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Nərminə Abbasova deyib.

O bildirib ki, hipertoniya xəstəliyinin yaranma səbəbi birincili və ikincili olur: "Birinci, essensial hipertoniya xəstəliyi əsəb sistemində olan pozulmaya görə əmələ gəlir. Arterial hipertoniya deyilir. İkincili isə bütün daxili orqanların zədələnməsi nəticəsində ortaya çıxan xəstəlikdir. Burada xroniki böyrək çatışmamazlığı, böyrək xəstəlikləri, piylənmə, oturaq həyat tərzi, qidalanmanın pozulması, ümumi qan-damar sistemi xəstəlikləri, ürəklə bağlı digər xəstəliklərin yanaşı inkişaf etməsi, şəkər xəstəliyi zamanı, qalxanvari vəzinin xəstəliyi zamanı arterial hipertoniya xəstəliyi inkişaf edir.

Arterial hipertenziya bəzən simptom, bəzən də xəstəlik şəklində formalaşır. Simptom şəklində arterial hipertenziya arada qalxır, düşür. Bu, digər xəstəliklərin fonunda simptom kimi ortaya çıxır. Xəstəlik kimi formalaşarsa, uzun müddət düzgün müalicə almayanda və yaranma səbəbinin biri də boyun nahiyəsində osteoxondroz əlamətləridir ki, sinir sıxılmasına görə beyində qan dövranı pozulur, arterial hipertenziya inkişaf edir. Əgər bunların heç biri vaxtında müalicə olunmasa, arterial hipertenziya formalaşır, xroniki hala keçir, uzunömürlü xəstəliyə çevrilir. Arterial hipertenziyanın çox aşağı olması hipertoniya adlanır.

Çox vaxt arterial hipertenziya simptomsuz də ola bilir. Heç bir baş ağrısı, narahatlıq olmadan, anidən xəstədə təzyiq yuxarı qalxır, hətta 200-220-yə qədər qalxdığı vəziyyətlər olur. Biz bununla çox rastlaşırıq. Xəstə heç nə hiss etmir. Təzyiq həmin yüksəkliyə qalxdıqda da arterial hipertenziya öz fəsadı ilə sonlanır. Burada arterial kriz söhbəti gedir, krizdən sonra da ya beyin qanaması (işemik insult), ya da ürəklə bağlı infakt halları baş verə bilir. Bu simptomsuz gələnlərin fəsadı daha ağır olur. Simptomla olanda xəstədə başda ağrı, başda, boyunda ağırlıq hissi, xəstənin ümumi vəziyyətinin pisləşməsi baş verir. Ən çox burun ucunda keyləşmə, qulaqlarda belə keyləşmələr əmələ gəlir. Şiddətli ağrılarla özünü göstərir. Amma arterial hiperteniyada xəstə özünü halsız, zəif hiss edir, aşağı əyildikdə baş gicəllənməsi, hətta yıxılma baş verir. Müvazinət, yuxu pozğunluğu hamısı arterial hipertoniyanın əlamətləridir".

"Arterial hipertenziyanın fəsadlarının ən qorxulusu işemik insultdur. Bununla biz tez-tez rastlaşırıq. Xəstəlikdə bu fəsadlarla rastlaşmamaq üçün ilkin olaraq arterial hipertenziyadan şübhələnən, yaxud da rastlaşan xəstələrimiz müalicəyə başlamalıdır. Günlük dərmanlarını daimi qəbul etməlidirlər, bunu panikayla qarşılamalı deyillər. Günlük həyatlarında vacib olan qidalanma kimi təzyiq dərmanlarını da ardıcıllıqla içməlidirlər. Arterial hipertenziyanı aradan qaldırmaq üçün, yaxud fəsadlaşmaması üçün xəstəliklərin hər birinə diqqət yetirmək lazımdır. Əgər xroniki böyrək çatışmazlığı varsa da, mütləq böyrək müalicəsi aparılmalıdır. Qalxanvari vəzidə problem varsa, hormon müalicələri nəzərə alınmalıdır. İldə minimum iki dəfə analiz verilməlidir. Diqqət mərkəzində saxlayıb profilaktik, həm də müalicəvi yanaşmalar edilməlidir. Sonra qidalanmaya nəzarət etmək lazımdır, artıq çəkidən nisbətən hissə-hissə aşağı düşmək lazımdır. Qidalanmada yağlı, duzlu, turş yeməkləri azaltmaq lazımdır. Yəni pasiyent öz həyatını nəzarət altında saxlamalıdır. Daimi hallar üçün dərmanları öz üzərində gəzdirməlidir. Əsasən ağırlaşmış fəsadlardan canını qurtarmaq üçün xəstə həmişə özünü nəzarətdə saxlamalıdır. Arterial hipertenziyanın müalicəsində xəstəliyin yaranma səbəbini araşdırmaq lazımdır. Xəstəliyin yaranma səbəbini araşdırandan sonra xəstəliyi yaradan səbəbi aradan qaldırmaq lazımdır. Hətta bütün xəstəliklərin başında arterial hipertenziyaya rastlayırıq. Müalicə üçün birinci növbədə təzyiqi aşağı salmaq, xəstənin ümumi vəziyyətini yaxşılaşdırmaq və sonra yanaşı xəstəliklərin müalicəsinə başlamaq lazımdır. Arterial kriz ən qorxduğumuz vəziyyətdir. Kriz fonunda olan vəziyyətdə ilkin məsləhət xəstəyə qan buraxma üsulundan istifadə etməyi tövsiyə edərdim. Çünki xəstəni ağır vəziyyətdən çıxarmaq üçün birinci göstəriləcək tibbi xidmətdir" - deyə o əlavə edib.