Bütün bunlar Krımda keçiriləcək ciddi əməliyyata hazırlıqdır

11 Mart 2024 12:08 (UTC+04:00)

...Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, Ukraynanın Qara dənizdəki təxribat reydləri müvəqqəti olaraq işğal olunmuş Krımda keçiriləcək ciddi əməliyyata hazırlıqdır.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “Dəniz uğrunda müharibə: Dneprdən Krıma” adlı sənədli filmində danışıb.

Onun sözlərinə görə, Qara dənizdəki əməliyyatlar oraya yaxınlaşma və yola düşmə marşrutları haqqında deyilənlərin düzgünlüyünün sınağıdır.

O qeyd edib ki, bu, 10 ildir işğal altında olan yarımada sakinləri üçün bu xoş bir mesajdır.

…Bir çox insanlar unudulmuş olduqlarına inanmasınlar.

Bunu deyən Budanov martın 5-də səhər saatlarında Rusiyanın Qara dəniz donanmasının patrul korveti olan “Sergey Kotov”u Krımda məhv etdiklərini də xatırladıb.

Nazlı