Dr.Aynur Səfiyeva tibb elmləri doktoru ali elmi dərəcəsi aıb

11 Mart 2024 09:55 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı, t.ü.f.d., Dr.Aynur Səfiyeva Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən cərrahiyyə ixtisası üzrə tibb elmləri doktoru ali elmi dərəcəsi alıb. Çox qürurvericidir ki, Aynur həkim kolorektal cərrahiyyə üzrə ilk qadın elmlər doktorudur. SİA xəbər verir ki, eyni zamanda Aynur həkim Azərbaycan Kolorektal Cərrahi Dərnəyinin elmi katibi, Avropa Koloproktoloji Cərrahi Dərnəyini Şərqi Avropa üzrə regional təmsilçisidir. 20 ildən artıqdır ki, tibb sahəsində cərrah kimi fəaliyyət göstərir. Dr.Aynur Səfiyeva müntəzəm olaraq yerli və xarici elmi nəşrlərdə aktual mövzularda məqalələr dərc etdirir, yerli və beynəlxalq konfransların fəal iştirakçısıdır.

Dr.Aynur Səfiyevanı ali elmi dərəcə alması münasibətlə ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!