Bu günlərdə Larisa Dolina NTV-də "İnanmayacaqsan" verilişinin qonağı olub. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, xarici markalardan imtina edərək, “tolko” rus istehsalçılarının tikdiklərini geyindiyini bildirib.
O vaxt bizdə necə deyirdilər, hə, indi bunu Dolina deyir, yəni “...hamı russkiy mal alsın, xeyir ruslara qalsın...”
...Mən bunu tamamilə səmimi deyirəm. Qarderobum rus dizaynerləri ilə doludur. Bu həm ayaqqabılara, həm də geyimlərə aiddir. Mənə xarici cır-cındır lazım deyil.
Müğənni bildirib bunu.
Qeyd edək ki, Moskva Moda Həftəsi çərçivəsində Larisa Dolinanın dizayner Camal Mahmudovun geyimində podiuma çıxması ən çox müzakirə olunan hadisə olub.
Belə ki, ulduz xalqın qarşısına Rusiya bayrağının rənglərində başlıqlı, güzgü bəzəkli qara kombinezonda çıxıb.
Nazlı