...Bu arada astronomlar tamamilə dərin okeanla örtülmüş ola biləcək uzaq bir planet tapıblar.
SİA-nın əldə etdiyi məlumata görə, “The Guardian” yazır ki, bu kəşf Yerdən kənarda həyat şəraitinin axtarışında irəliləyişdir.
NASA-nın Ceyms Uebb Kosmik Teleskopundan aparılan müşahidələr vasitəsilə tədqiqatçılar ekzoplanetin atmosferində Yerdən iki dəfə radiusda və təxminən 70 işıq ili uzaqlıqda olan su buxarını, metan və karbon dioksidin kimyəvi izlərini aşkar ediblər.
Kembric Universitetinin alimləri kimyəvi qarışığın okeanın bütün səthi əhatə etdiyi və atmosferinin hidrogenlə zəngin olduğu su dünyasına aid olduğunu deyirlər.
Araşdırmaya rəhbərlik edən professor Nikku Madhusudhan, “...okean temperaturunun 100 dərəcə selsi və ya daha çox ola bilər” deyib.
Onun sözlərinə görə, yüksək atmosfer təzyiqi səbəbindən isti okean maye ola bilər, lakin onun həyat üçün yararlı olub-olmadığı məlum deyil.
Maraqlıdır ki, eyni ekzoplanetin əlavə tədqiqatlarını aparan Kanada komandası bu şərhi rədd edir. Onlar oxşar atmosfer kimyəvi maddələr tapsalar da, lakin qeyd edirlər ki, belə bir planet maye su üçün çox isti ola bilər və bunun əvəzinə hidrogen eləcə də su buxarından ibarət böyük, sıx atmosferi olan qayalı bir səthə sahib olacaqdır.
Nazlı