Sabahdan DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq

10 Mart 2024 15:37 (UTC+04:00)

Martın 11-dən etibarən Dövlət İmtahan Mərkəzində imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. Bu barədə SİA-ya DİM-dən bildirilib.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, bu gün DİM respublikanın 33 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.