Mauri İkardi sevgilisinə görə saçlarını çəhrayıya boyadı

9 Mart 2024 14:30 (UTC+04:00)

"Qalatasaray"ın ulduz futbolçusu Mauri İkardi saçlarını çəhrayı rəngə boyayıb. SİA xəbər verir ki, argentinalı forvard bunu 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə etdiyini bildirib.

"İnstaqram" hesabında yeni saç rəngi ilə bağlı paylaşım edən forvard bu sözləri yazıb: "Hər günümü sevgisi ilə dolduran qadına. Mənə iki gözəl şahzadə verən qadına, yoldaşım, sirdaşım və həyatımın sevgisinə..."