...Yevgeni Petrosyanın “yumruq...yox ey, quyruq yeyən” gənc həyat yoldaşı, bloger Tatyana Bruxunova Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları xüsusi şəkildə təbrik etmək qərarına gəlib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Tatyana bu dəfə mimoza çiçəklərində poza verdiyi səmimi... fotosunu yayımlayıb.
Beləliklə, “məşhur arvadı” fotolarda paltarsız, əlləri ilə bədəninin çılpaq hissələrini örtərək poza verib.
Tatyana təkcə başına tül yaylıq bağlayıb ki, bunu da onun ən “abırlı yeri” kimi təqdim etmək olar.
Fotonu 8 Mart şərəfinə dərc etdiyini deyən xanıma sonradan abunəçilər, təbii ki, emosiyalarını saxlaya bilməyib, açıq şəkildə nümayiş etdiriblər.
İndi, Yevgeni yazıq neyləsin? İki əlnən bu qədər Tatyana pərəstişkarlarının ağzını necə bağlasın?
...Hə deyim ki, o gün qarlı havada yıxılıb çiynini sındırandan sonra, deyilənə görə, əlləri də hələ yaxşı işləmir.
...Deyən gərək, sənə nə vacib idi...”gül kimi” Yelena Stepanenko ilə “oturmuşdun də”...
Nazlı