Alla Borisovna onun iradına cavab olaraq Stas Mixaylov haqqında qərəzsiz danışdı. Bunun fonunda Dövlət Dumasının deputatı Aleksey Juravlev Puqaçovanın xarici agent kimi tanınmasını, onun bütün titullardan və reqaliyalardan məhrum edilməsini tələb edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Express qəzeti” yazıb.
…Stanislav Sadalski deputata qarşı sərt danışıb.
Aktyor əmindir ki, deputat Allanın hesabına özünü tanıtmaq qərarına gəlib.
…Müğənni Puqaçovanın yaradıcılığı ölkəmizin mədəniyyətinə böyük töhfədir! Deputat Juravlevin fəaliyyəti haqqında daha çox öyrənmək istərdim. O, ölkəmizin inkişafı üçün televiziyadakı axmaq açıqlamalarından və Puqaçovu reqaliyasından məhrum etmək çağırışından başqa nə edib?
Stanislav Sadalski bildirib bunu.
Xatırladaq ki, bir müddət bundan əvvəl aktyor Stas Sadalski aif.ru ilə söhbətində Alla Puqaçovanın ərinə görə Rusiyadan mühacirət etdiyini bildirmişdi.
Nazlı