“X” sosial şəbəkəsində yenilik gözlənilir

8 Mart 2024 05:10 (UTC+04:00)

“X” sosial şəbəkəsində tezliklə paylaşımların altında bəyənməni və paylaşmaları gizlətmək mümkün olacaq. SİA xəbər verir ki, bu barədə İlon Mask məlumat yayıb.

“Hər paylaşım üçün bəyənmə və paylaşmaların sayını gizlətmək üçün “X” sosial şəbəkəsi imkanları nəzərdən keçirir”, - deyə Mask bildirib.

Bundan əlavə, Maskın sözlərinə görə, “X” bir neçə aydan sonra Nyu-Yorkda əməliyyat lisenziyası ala bilər ki, bu da ona digər istifadəçilərə ödənişlərin göndərilməsi funksiyasını əlavə etməyə imkan verəcək.