"Son illər tez-tez qarşılaşdığımız qadın enerjisi əslində doğulduğumuz andan etibarən var olan enerjidir.Bu barədə sosial media vasitəsiylə həyatımıza çoxlu bilgi və anlayış daxil olub.Elə ona görə də bəzilərimiz bu anlayışın yeni yarandığını düşünürük.Əlbətdə ki,bu belə deyil.Doğulandan etibarən bədənimizə yüklənən və öləcəyimiz günə qədər içimizdə daşıyacağımız enerji növüdür". Bu sözləri SİA-ya açıqlamasında numeroloq, astroloq, yaşam koçu Vüsalə Əliyeva deyib.
Bəs axı nədir qadın enerjisi?
O bildirib ki, qadın enerjisi həyata daha rahat uyğunlaşmaq üçün hislər və duyğuların hakim olduğu enerji növüdür: "Daha çox qadınlarda olan bu enerji bağışlayıcı və dözümlü xarakter daşıyır. Qadın enerjisi sağ beyinlə əlaqədardır. Bu da insanlarda daha çox yaradıcılıq yönünü inkşafına və bu sahədə çalışanların, əsasən sənətçilərin uğurlu olmağına səbəb olur. Qadın enerjisinin ən önəmli xüsusiyyəti dözüm sevgi və istehsaldır. İnsanda var olan bu enerji təkcə qadınlarda deyil kişilərdədə mövcut olur. Necə ki qadınlarda da kişi enerjisi olur".
Qadın enerjisinin xüsusiyyətləri:
-Qadın enerjisinə sahib olmaq yaradıcı ruhu üzə çıxardır.
-Enerjili və İlham dolu enerji növüdür
-Çox duyğusaldır
-Xəyal gücü çox inkişaf etmiş olsa da analiz və sintez bacarığı da güclüdür.
-Bu enenerji növü musiqiyə önəm verir və ritm bunlar üçün olduqca önəmlidir.Hər nə qədər insan doğulanda bu enerji var olmuş olsa da zaman-zaman həyat şərtlərinə görə azala yaxud balansdan çıxa bilər.Məhz buna görə də qadın enerjisini yüksəltmək və balansda saxlamaq üçün lazımi üsullardan istifadə etmək lazımdır.
"Bunlar arasında öz iç dünyamıza səyahət etmək, meditasiyalarla məşğul olmaq,öz şəxsi baxım və gigiyena qaydalarına əməl etmək və.s. Unutmamalıyıq ki, qadın ən güclü və dözüm göstərə bilən ali yaradılışdır",- deyə o əlavə edib.
Ləman Sərraf