İbrahim Tatlısəsin nəvəsi ikinci dəfə əməliyyat olunacaq - FOTO

7 Mart 2024 07:22 (UTC+04:00)

Məşhur müğənni İbrahim Tatlısəsin oğlu İdonun əkiz körpələrindən biri ikinci dəfə əməliyyat olunacaq. SİA xəbər verir ki, bu barədə İdonun həyat yoldaşı Yasemin Şefkatli "Instagram" hesabında məlumat paylaşıb. O bildirib ki, əməliyyatın aprel ayında keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, 2021-ci ildə ailə quran İdo-Yasemin cütlüyünün əkiz övladları İbrahim Ayel və Sinan Emir bu ilin yanvar ayında dünyaya gəlib. İbrahim Tatlısəs yanvarın 25-də Ayelin ürəyində problem olduğunu açıqlayaraq izləyicilərindən dua etmələrini istəyib.

Daha sonra əməliyyat olunan Ayelin vəziyyətinin yaxşı olduğu açıqlanmışdı.