Çempionlar Liqası: “Mançester Siti” və “Real” 1/4-də

7 Mart 2024 02:08 (UTC+04:00)

UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki matç keçirilib. SİA-nın məlumatına görə, günün qarşılaşmaları İngiltərə və İspaniyada baş tutub.

Turnirin son qalibi “Mançester Siti” doğma azarkeşləri önündə Danimarka təmsilçisi “Kopenhagen”i sınağa çəkib. Rəqibini səfərdə 1:3 hesabı ilə məğlub edən “şəhərlilər” cavab görüşündə də eyni nəticə ilə üstün olublar - 3:1 (6:2).