Məşhur müğənni xüsusi hərbi əməliyyat başlayan zamanı vətənini tərk edəndən bəri həmyerliləri tərəfindən mütəmadi olaraq tənqid olunur.
Yuri Loza bu yaxınlarda “AiF” saytına verdiyi müsahibədə Alla Puqaçovanın Rusiya Federasiyasında bir sənətçi kimi niyə lazım olmadığını izah edib.
Onun sözlərinə görə, keçmiş ulduzun nə işlə məşğul olması rusları maraqlandırmır.
…Əgər əvvəllər “Elə hamı kimi” mahnısını dinləmək üçün onun konsertinə getməli idinsə, indi A-Studio qrupu bunu mükəmməl edir.
Puqaçovanın bütün repertuarı çoxdan sökülüb. O, bu mahnılarla artıq sənətçi kimi heç kimə lazım deyil..?
Bunu bəstəkar bildirib.
Onu da yada salaq ki, bundan əvvəl də Yuri Loza səssiz qalmamışdı və Paulsu Qərbdən hit oğurlamaqda ittiham edən Vaykuleyə cavab vermişdi.
Nazlı