“Valideynlərin, xüsusilə də anaların azyaşlı uşaqları ola-ola işə getməsində heç bir yanlış yoxdur. Sadəcə olaraq bunu doğru şəkildə etmək lazımdır. Bəzən analar müəyyən səbəblərdən uşaqlarını evdə qoyub işə getməyə məcbur olurlar. Bu zaman evdə uşaqla düzgün, yaxşı şəkildə təmas qura bilən biri olmalıdır. Əgər uşağa baxan şəxs özü bildiyi və istədiyi kimi uşağı tərbiyə etməyə başlayarsa, bu gələcəkdə uşaqla valideyn arasında ciddi problemə səbəb ola bilər. Bunu tənzimləmək isə çox çətindir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.
Psixoloq bildirib ki, kiçik yaşlarında uşağı qoyub işə getməyin ən böyük fəsadı valideynə olur: “Çünki bu sonradan çətin tərbiyə olunan, valideyninə bağlılıqda çətinlik çəkən uşaqların formalaşmasına səbəb olacaqdır.
Digər tərəfdən valideyn evdən çıxarkən hara getdiyini və nə zaman gələcəyini uşağa deməlidir. Uşağı müxtəlif bəhanələrlə aldatmaq düzgündür. Uşaq ağlasa belə, mütləq ona doğru məlumat verilməli, izah edilməlidir. Qarşınızdakı uşaq dediklərinizi başa düşəcək yaşda olmasa da, yenə də sizin ona nəsə izah etmək istədiyinizi anlayacaq, müvəqqəti ayrıldığınızı öyrənmiş olacaq. Əks təqdirdə gələcəkdə həmin uşaq böyüyür və insanlara qarşı güvən problemi yaşayır. Bu səbəbdən də uşağa dürüst olmaq lazımdır”.