68 yaşlı kişi küçədə ölüb

6 Mart 2024 13:28 (UTC+04:00)

Abşeron rayonunda kişi meyiti tapılıb. SİA xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1956-cı il təvəllüdlü Eldar Lətif oğlu Hüseynov səhər saatlarında küçədə ölüb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.