Məntiq fənninin tədris olunması ilə bağlı yaxın illərdə tədris planında dəyişiklik gözlənilmir. SİA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov martın 6-da keçirilən brifinqdə deyib.
O bildirib ki, riyaziyyat fənnində məntiqi təfəkkürə dair suallar var: “Məntiq fənninin ayrıca tədrisinə ehtiyac görülmür”.