"Uşaqların müalicəsi həyata keçirilir" - Şiraslan Baxşəliyev

6 Mart 2024 12:44 (UTC+04:00)

“Anadangəlmə ürək qüsurları olan uşaqların müalicəsi həyata keçirilir. İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil olan bütün xidmətlər "Liv Bona Dea" Hospitalında həyata keçirilir. Təqribən 100-dən çox 0-18 yaş aralığında anadangəlmə ürək qüsuru olan xəstələr üçün müvafiq əməliyyatlar həyata keçirilib”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Uşaq ürək-damar cərrahiyəsi uzmanı Şiraslan Baxşəliyev deyib.

O bildirib ki, ötən ildən etibarən anadangəlmə ürək qüsurları ilə əlaqədar dövlət proqramı da "Liv Bona Dea" Hospitalında təsdiq olunub: “Hansı ki, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olmayan xidmətlər də dövlət proqramı əsasında həyata keçirilir”.