Silsilə Azərbaycan filmləri nümayiş olunacaq

6 Mart 2024 12:15 (UTC+04:00)

Milli kino sənətkarlarının yubileylərinə həsr olunmuş "Kinomuzu yaradanlar... kinomuzu yaşadanlar" adlı layihəyə start verilir. Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, layihə milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılması, kino sənətkarlarının irsinin tamaşaçılara daha yaxından tanıdılması və yaşadılması məqsədi daşıyır.

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Kino Agentliyi, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkilatçılığı ilə baş tutacaq layihə il boyu davam edəcək.

Hər ay bir kino xadiminə həsr olunacaq və sözügedən şəxsin filmlərinin nümayişi təşkil ediləcək.