Keyt Mossun oxşarı Paris şousnun əsas ulduzu oldu - FOTOLAR

6 Mart 2024 06:20 (UTC+04:00)

Model Deniz Onone Paris Moda Həftəsində görünüb. SİA xəbər verir ki, 38 yaşlı Deniz Onone görünüşü sayəsində məşhurlaşıb. Onu 90-cı illərin supermodeli Keyt Mossun dublyoru adlandırırlar.

Moda həftəsində o, uzun ağ köynəkdə, tünd boz hündür çəkmədə və pencəkdə podiumdan keçib.

Ononenin sosial şəbəkələrdə yayılan fotolarından Keyt Mossa bənzəməsi hər kəsi təəccübləndirib.