Prezident ATV-nin rəhbəri ilə bağlı sərəncam imzaladı

5 Mart 2024 16:43 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Azər Nəriman oğlu Xəlilovu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. SİA xəbər verir ki, dövlət başçısı bu barədə sərəncam imzalayıb.

A.Xəlilov Azərbaycanda media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.