Azərbaycanla 44 ölkə arasında ümumilikdə 161 sənəd imzalanıb

5 Mart 2024 16:03 (UTC+04:00)

2023-cü il ərzində müvafiq prosedurlara uğun olaraq Azərbaycanla 44 ölkə ilə ümumilikdə 161 sənəd imzalanıb. SİA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, sözügedən ölkələr ABŞ, Albaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bosniya va Hersegovina, Böyük Britaniya, Braziliya, Çexiya, Çin, Esvatini, Filippin, Gürcüstan, Hindistan, İran, İraq, İsrail, İsveçrə, İtaliya, Kuba, Kolumbiya, Macarıstan, Maldiv, Mərakeş, Misir, Moldova, Montenegro, Özbəkistan, Qazaxıstan, Qətər, Qırğızıstan, Ruanda, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Somali, Tacikistan, Türkiyə, Şimali Makedoniya, Uganda, Venesuela və Yaponiyadır.