Müdafiə təyinatlı məmulatların sayı 1000-ə çatıb

5 Mart 2024 15:52 (UTC+04:00)

Azərbaycanda müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1000-ə çatıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Qeyd edilib ki, hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1000 ətrafındadır.