Qarabağda icarə müqavilələri bağlanılıb

5 Mart 2024 14:56 (UTC+04:00)

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 2023-2024-cü təsərrüfat ili üçün 81,6 min hektar əkin sahəsi üzrə qısamüddətli icarə müqavilələri bağlanılıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

2022-2023-cü illərdə təsərrüfat ilində icarəyə verilmiş 68,5 min hektar əkin sahəsi üzrə icarə müqavilələrinin müddəti 2023-cü ilin noyabr ayında başa çatdığı üçün həmin müqavilələrə xitam verilib.