Azərbaycanda daha bir tələbə vəfat etdi

5 Mart 2024 14:27 (UTC+04:00)

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin Təsviri incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi Rəqsanə Aydın qızı Əliyeva uzun sürən xəstəlikdən dünyasını dəyişib. SİA-nın məlumatına görə, bu barədə məlumatı Sosial və Aqrar-Texnoloji Kollec ictimailəşdirib.

Kollecin direktoru Leyla İbrahimova başda olmaqla kollektiv adından tələbənin ailəsinə və yaxınlarına başsağlığı verilib.

Allah rəhmət eləsin!