Futbolun İnkişaf Fondunda yeni təyinat gerçəkləşib

5 Mart 2024 12:03 (UTC+04:00)

Futbolun İnkişaf Fondunda (FİF) yeni təyinat gerçəkləşib. Bu barədə SİA-ya qurumun icraçı direktoru Tural Piriyev məlumat verib.

O bildirib ki, “Neftçi”nin marketinq meneceri Anton Şvesov bundan sonra FİF-də çalışacaq. O, biznesin inkişafı üzrə menecer vəzifəsində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Anton Şvesov “Neftçi”dən əvvəl AFFA Marketinq Departamentində çalışıb.