"Filippinlə dostluq qrupunun yaradılması çox əhəmiyyətlidir" - Səməd Seyidov

5 Mart 2024 11:41 (UTC+04:00)

“2022-2023-cü illərdə Azərbaycan parlamenti 20-yə yaxın dostluq qrupu yaradıb, bu böyük nailiyyətdir”. SİA xəbər verir ki, bunu millət vəkili Səməd Seyidov Milli Məclisin plenar iclasındakı çıxışı zamanı bildirib.

Avropa İttifaqı komissarını Azərbaycana göndərir, parlament qurumu isə azərbaycana qarşı yalan, böhtanla dolu qərar qəbul edir. Almaniya kansleri Azərbaycanın gördüyü işlər barədə danışır, partiyasının üzvü Azərbaycana qarşı çıxış edir. Bu o deməkdir ki, Avropa içərisində kriz yaşanır. Bu ikili standartlar krizidir. Biz dostluq qruplarını genişləndirir, yaradırıq. Bu nöqteyi-nəzərdən Filippinlə dostluq qrupunun yaradılması da çox əhəmiyyətlidir”.