Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb - DİN

5 Mart 2024 11:35 (UTC+04:00)

Martın 4-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 93, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqədar 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.