"Avropa Parlamentinin addımları onu enerjisiz qoya bilər" - Tahir Rzayev

5 Mart 2024 11:31 (UTC+04:00)

“Azərbaycan dünyanın 8 ölkəsinə qaz ixrac edir ki, bunlardan 6-sı Avropa ölkələridir”. SİA xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, Avropa Azərbaycan qazına möhtacdır: “Təəssüf ki, Avropa Parlamenti deputatlarının çoxu dərs götürmürlər. Bu qurum başda Fransa olmaqla qərbin əlində oyuncağa çevrilib. Parlament öz nüfuzunu itirib. Qəbul olunan sənədlər, qətnamələr erməni lobbisinin sifarişidir. Avropanın qaz və neftə möhtac olduğu dövrdə bu addımlar münasibətlərə kölgə salır. Bu kimi addımlar gələcəkdə Avropanı enerjisiz qoya bilər”.