Şuşada pulemyot, tapança və avtomatlar aşkarlanıb

5 Mart 2024 11:22 (UTC+04:00)

Polis əməkdaşları Şuşada müxtəlif markalı silahlar aşkar ediblər. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı müxtəlif markalı 8 avtomat, 5 tapança, 1 pulemyot, 9 ov silahı və digərləri aşkar olunaraq götürülüb.