Bakı, Sumqayıt və Abşeronda pensiyaların veriləcəyi TARİX

5 Mart 2024 11:15 (UTC+04:00)

Martın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.