Ziya Bünyadov prospektində qəza olub, sıxlıq yaranıb

5 Mart 2024 11:04 (UTC+04:00)

Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya stadionun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Qəza səbəbindən metronun “Qara Qarayev” stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.