İdeal insan yetişdirmək mümkündürmü? - FAKTLAR - PSİXOLOQ İZAH ETDİ

5 Mart 2024 10:46 (UTC+04:00)

"Ən yaxşı valideyn deyə bir qavram düşünürəm ki, yoxdur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Psixoloq bildirib ki, standart, doğru yanaşma ilə şəxsiyyətdə problemi, travmanı yaratmamağa çalışan bir valideyn olmaq lazımdır: "İnsan böyüyəndə onda mütləq müəyyən travmalar yaranır. İdeal insan böyütmək, yetişdirmək mümkün deyil. Bu, təbiətə ziddir. Amma maksimum dərəcədə çalışmaq lazımdır ki, düzgün insan yetişdirəsən, düzgün məqamda düzgün hərəkət edəsən, bu, mümkündür.

Təbii ki, valideynlər üçün seminarlar, təlimlər, kitablar var. Ən əsası insan dünyaya gətirməmişdən əvvəl bir az insan yetişdirmək haqqında məlumatlı olmaq lazımdır. İnsan dünyaya gətirənə qədər özünü korreksiya etmək, özünə xoş olmayan, özündə sənə mane olan hər hansı bir xasiyyət, xarakterlər varsa, onları korreksiya etmək lazımdır. Yeni daha gözəl adətləri həyatına, xasiyyətinə əlavə etmək olar. Bundan sonra insan yetişdirmək haqqında düşünmək olar".