Motosikletçi uzanan sərxoş şəxsin üstündən keçərək öldürüb

5 Mart 2024 10:17 (UTC+04:00)

Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş şəxsin üstündən keçib. SİA xəbər verir ki, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb.

Niyaməddin İsgəndərov idarə etdiyi "Dnepr-11" markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə olan, 1974-cü il təvəllüdlü Ədalət Əliyevin baş nahiyəsinin üstündən keçib.

Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.