FHN əməkdaşları Sumqayıtda ağırçəkili şəxs xəstəxanaya çatdırıb

5 Mart 2024 10:04 (UTC+04:00)

Sumqayıt şəhərində ağırçəkili 1 nəfərin şəxsin xəstəxanaya çatdırılması onun ağırçəkili olması səbəbindən mümkün olmayıb və bu barədə kömək məqsədilə FHN-in “112” qaynar xəttinə müraciət ediblər. FHN-dən SİA-ya verilən xəbərə görə, nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri köməyə ehtiyacı olan vətəndaşın yardımına yetişərək onu onmərtəbəli binanın doqquzuncu mərtəbəsindən düşürüb və Təcili Tibbi Yardım Briqadasına təhvil veriblər.

Sonra FHN-in xilasediciləri Təcili Tibbi Yardım avtomobilini müşayiət edərək xəstənin həmin maşından düşürərək xəstəxananın ikinci mərtəbəsinə qaldırıb və aidiyyəti şöbəyə təhvil veriblər.