Hüseyn evlənmək üçün bu yola əl atdı - FOTO

5 Mart 2024 08:37 (UTC+04:00)

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov instagram paylaşımı ilə müzakirə yaradıb. SİA xəbər verir ki, məşhur evlənmək üçün onu xanımla tanış edəcək şəxsə 10.000.000 rubl (185.000 manat) mükafat verəcəyini bildirib.

Bloger paylaşımında bildirir: "Məni gələcək həyat yoldaşım ilə tanış edəcək şəxsə 10.000.000 rubl (185.000 manat) mükafat verəcəyəm. Bu mütləq mart ayı ərzində baş tutmalıdır. Necəsini artıq siz özünüz düşünün".