Şeyma Subaşı geyimi ilə gündəm oldu - FOTOLAR

5 Mart 2024 04:43 (UTC+04:00)

"Tv8” kanalının rəhbəri, məşhur aparıcı Acun İlıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı yenə geyimi ilə gündəmə gəlib. SİA xəbər verir ki, Formula 1 yarışlarını izləmək üçün Bəhreynə gedən Şeyma hər addımını “Instagram” hesabında paylaşıb. Gündüz yarışları izləyən sosial media ulduzu axşam isə vəliəhdin dəvətinə qatılıb. Gecə üçün krujevalı, dərin dekolteli paltar seçən Şeyma başına isə qara şal bağlayıb.

Xatırladaq ki, Şeyma Subaşının adı yanvar ayında Formula E-nin baş direktoru ilə birlikdə hallanıb. Lakin o, eşq iddiasını təkzib edib.