“İnter” qələbə qazanaraq “Yuventus”la xal fərqini artırdı

5 Mart 2024 01:58 (UTC+04:00)

İtaliya A Seriyasında 27-ci turun oyunları keçirilir. SİA xəbər verir ki, turnirin lideri “İnter” bu dəfə öz meydanında “Cenoa”nı sınağa çəkib.

Ev sahibləri rəqibin öhdəsindən gəlməyi bacarıblar. Aslani (30) və Sançesin (38 pen.) qolları sayəsində İnzaqinin yetirmələri qələbə qazanıblar. “Cenoa” bu qollardan yalnız birinin əvəzini çıxıb (Vaskes, 54) - 2:1.

Qeyd edək ki, hazırda “İnter” 72 xalla A Seriyasının şəksiz lideridir. O, ən yaxın izləyicisi “Yuventus”u 15 xal qabaqlayır. “Cenoa” isə 33 xalla 12-ci sırada qərarlaşıb.