“Arsenal” autsayderi topa tutdu

5 Mart 2024 02:15 (UTC+04:00)

İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində “Arsenal” “Şeffild”in qonağı olub. SİA xəbər verir ki, “Topçular” matç boyu rəqibini sözün əsl mənasında topa tutublar. Londonlular meydan sahiblərinin qapısından düz 6 cavabsız top keçiriblər - 0:6.

Bu darmadağın sayəsində xallarının sayını 61-ə çatdıran “Arsenal” turnir cədvəlində üçüncüdür. “Şeffild” isə cəmi 13 xalla sonuncu - 20-ci yeri tutur.

Xatırladaq ki, Premyer Liqaya hazırda 63 xalla “Liverpul” başçılıq edir.