Gəncədə ana və oğlu dəm qazından zəhərlənib, ölən var

5 Mart 2024 00:50 (UTC+04:00)

Gəncədə dəm qazından zəhərlənmə baş verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb. Sözügedən ünvanda yaşayan ana və oğlu dəm qazından zəhərlənib. Qadın dünyasını dəyişib, övladı isə xəstəxanaya yerləşdirilib.