Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib

SİA-nın əldə etdiyi məlumata görə, hadisə Oğuz şəhərinin giriş hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Daevoo” markalı avtomobillə “VAZ-21015” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə avtomobildə olan sərnişin, rayonun Yaqublu kənd sakini 29 yaşlı Nurəhməd Mövlamov müxtəlif dərəcəli xəsarət alıb. N.Mövlamovun vəziyyəti nəzərə alınaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.