Azərbaycanda yeni kanal fəaliyyətə başlayıb - FOTO

4 Mart 2024 18:51 (UTC+04:00)

Qursalı TV - Qərbi Azərbaycanın, Pəmbək mahalı Hamamlı rayonu, Qursalı kəndinin adını daşıyır. SİA xəbər verir ki, kanal 2023-cü ilin fevralın 23-də yaradılıb.

Kanalın rəhbəri və idarə edəni Abbasov Samir Rahin oğludur. O, 31.01.1989-cu ildə Sumqayıt şəhərində anadan olub. Ali təhsillidir, bank sektorunda işləyir. Ailəlidir 2 övladı var.