Azərbaycan sablyaçısı açıq turnirdə üçüncü yeri tutub

4 Mart 2024 14:14 (UTC+04:00)

Azərbaycanın yeniyetmə sablyaçısı Səid Sultanlı Türkiyənin Kocaeli şəhərində keçirilən açıq turnirdə üçüncü yeri tutub. SİA xəbər verir ki, o, 12 yaşadək oğlanlar arasında yarışın bürünc medalına yiyələnib.

Gəray Məmmədli isə 14 yaşadək sablyaçılar arasında 50-dən çox iştirakçı arasında baş tutan beynəlxalq turnirdə 8-ci olub.