Litva rəsmiləri Milli Gimnastika Arenasında olublar

4 Mart 2024 13:53 (UTC+04:00)

Litvanın Milli İdman Agentliyinin icraçı direktoru Mindauqas Spokas, infrastruktur şöbəsinin müdiri Rimantas Serksnas, Təhsil və İdman Nazirliyinin müşaviri Dalia Qalnaitite Milli Gimnastika Arenasına baş çəkiblər. SİA-nın məlumatına görə, ölkəmizdə səfərdə olan şəxslər Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri ilə görüşüblər.

Onlar idman obyektində yaradılmış şəraitlə tanış olublar.