"First Lego League Challenge 2024" turniri keçirilib - YENİLƏNİB - FOTOLAR

3 Mart 2024 19:33 (UTC+04:00)

Martın 3-də Bakü Türk Anadolu Lisesində "FIRST Lego League Challenge 2024" Azərbaycan turnirinin ikinci günü keçirilib.

SİA xəbər verir ki, turnirdə Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahit Bağcı iştirak edib.

Ölkə turnirinin final mərhələsində müxtəlif regionlardan olan 43 komanda yarışıb.

Qeyd edək ki, turnirin qalibi 17-20 aprel 2024-cü il tarixlərində ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək "FIRST Lego League Challenge” Dünya Çempionatında ölkəmizi təmsil etmək hüququnu qazanacaq.