Yeni Zelandiya sahillərində 5,4 maqnitudada zəlzələ olub

3 Mart 2024 07:38 (UTC+04:00)

Sakit okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadek arxipelaqının cənubunda 5,4 maqnitudada zəlzələ baş verib. SİA-nın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,3 min nəfərin yaşadığı Hiks Bay şəhərindən 675 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir, sunami təhlükəsi elan edilməyib.