İki azyaşlı uşaq və onların anası həlak olub...

3 Mart 2024 00:21 (UTC+04:00)

...Martın 1-dən 2-nə keçən gecə Rusiyaya məxsus pilotsuz uçuş aparatı Odessada hündürmərtəbəli binaya çırpılıb.

SİA-nın əldə etdiyi məlumata görə, xilasedicilər gün ərzində dağıntıları təmizləməyə davam ediblər.

Axşam saatlarında Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper iki azyaşlı uşaq və onların anası da daxil olmaqla daha dörd nəfərin öldüyünü təsdiqləyib.

Oleq Kiper deyib ki, zərbə zamanı üç yaşlı Mark və dörd aylıq Timofey anaları ilə birlikdə otaqda yatıbmışlar. Onların üçü də ölub. Qonşu otaqda olan ata isə möcüzə nəticəsində sağ qalıb.

Ümumilikdə, Ukrayna rəsmisinin sözlərinə görə, xilasedicilər yeddi nəfərin cəsədini aşkar ediblər. Hələ ki...

Kiperin dediyinə görə, daha səkkiz nəfərin, o cümlədən 8 və 10 yaşlı iki uşaqın harada olduğu da hələ müəyyənləşməyib. ...Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, hücum nəticəsində biri uşaq olmaqla 9 nəfər xəsarət alıb.

Yenə də hələ ki...

Nazlı