Çin Qəzzada atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb

2 Mart 2024 19:06 (UTC+04:00)

Çin İsrailin hücumlarına məruz qalan Qəzzada atəşkəsin təmin edilmə çağırışını bir daha təkrarlayıb.
BMT İnsan Haqları Şurasının 55-ci sessiyasında çıxış edən Çinin BMT-nin (BMT) Cenevrə ofisindəki daimi nümayəndəsi Çin Şu İsrail-Fələstin məsələsini qiymətləndirib.
SİA-nın əldə etdiyi məlumata görə, Çin Şu Qəzzada misli görünməmiş bir humanitar böhranın yaşandığını ifadə edərək deyib:“Qəzzada dərhal atəşkəsin təmin edilməsi beynəlxalq ictimaiyyətin tələbidir və sülhə nail olmaq üçün çox vacibdir''.
Çin Şu humanitar yardım təşkilatlarının Qəzzada fəaliyyətlərini həyata keçirməsinə icazə verilməsinin vacibliyini vurğulayıb.