Pilotsuz təyyarə Rusiya təhlükəsizlik qüvvələrinə hücum edib

2 Mart 2024 17:56 (UTC+04:00)

Rusiya Federasiyasının Bryansk vilayətində pilotsuz təyyarənin hücumu nəticəsində bu ölkənin istintaq komitəsinin 4 əməkdaşı yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şənbə günü, martın 2-də Kreml yönümlü Teleqram kanallarında bildirilib/

Məlumata görə, Ukrayna ilə sərhəd zonasında aparılan istintaq hərəkətləri zamanı Rusiya təhlükəsizlik qüvvələrinin üzərinə “partlayıcı qurğu” atılıb.

...Müstəntiq və məhkəmə eksperti yaralansa da, daha iki işçi şokdadırlar, yəni yaman qorxublar. Hazırda onlara tibbi yardım göstərilir.

Bu barədə verilən məlumatda deyilir.

Nazlı