Paraatletika üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Milli Paralimpiya Komitəsindən SİA-ya verilən məlumata görə, komanda bu məqsədlə qardaş ölkəyə yollanıb.
Yığma üzvləri martın 21-dək hazırlığını davam etdirəcəklər.
Bu toplanış martın 21-25-i aralığında İtaliyanın Cesolo şəhərində keçiriləcək “Jesolo 2024 World Para Athletics Grand Prix” yarışına hazırlıq xarakteri daşıyır.